“Biz bu klubun böyüməsinə kömək etmək istəyirik” – Messi

Lionel Messi “İnter Mayami”nin hədəflərini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı hücumçu MLS kubokunu qazanmaq və sonra klubun daha da irəliləməsinə kömək etmək istəyir:

“Ümid edirəm ki, MLS kubokunu qazanıb daha bir kuboku qaldıracağıq. Tək özümə görə deyil, həm də, çox şey edən klub üçün. Bu, xüsusən də, çempionluq səviyyəli heyətin necə qurulduğunu nəzərə alsaq, klubun böyüməsi üçün çox vacibdir. Biz bu klubun böyüməsinə kömək etmək istəyirik. Onu MLS-in və mümkünsə, dünyanın ən böyük klublarından birinə çevirmək niyyətindəyik”.

37 yaşlı futbolçu 2023-cü ildən “İnter Mayami”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button