“Everton”un gələcək sahibi baş məşqçi ilə bağlı planını açıqladı
Amerikalı iş adamı Con Tekstor bu qış “Everton”un səhmlərini ala bilər.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “Everton”un ehtimal olunan gələcək sahibi, komandanın baş məşqçisi Şon Dayçın nəticə verə biləcəyinə əmindir:
“Mən Şonu şəxsən tanımıram, amma uzun illər “Bernli”də onun büdcəsiz möcüzələr yaratmasını izləmişəm. Və açıq-aydın o, Premyer Liqada məşqçilik etməyi bilən adamdır. Mən onu işdən çıxarmağı qətiyyən düşünməzdim. İnsanlar sadəcə, başqa klublarda sabitliyi pozmağı xoşlayırlar”.
“Everton”un çempionatın əvvəlində keçirdiyi dörd matçın hamısında uduzmasına və kubokdan kənarda qalmasına baxmayaraq, Dayç klubda ciddi etibar qazanmağa davam edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin