“Yeni Pedri” üçün yarış başlayıb

Avropanın aparıcı klubları 17 yaşlı futbolçu Cilberto Mora üçün yarışa qoşulublar.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, “Barselona”, “Real”, “Mançester Siti” və “Arsenal” meksikalı yarımmüdafiəçinin transferi üçün təkliflər hazırlayır.

Moranın “Tijuana” klubundakı çıxışı avropalı skautların diqqətindən yayınmayıb. Onu artıq “yeni Pedri” adlandırırlar.

Mora gənclər arasında keçirilən dünya çempionatında parlaq çıxış edib – 6 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

PSJ artıq bu yarışdan kənarda qalıb və diqqətini digər hədəflərə yönəldib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button