Mourinyo üzr istəyib

“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya A Seriyasının 15-ci turunda “Torino” ilə matç (1:1) haqqında fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı məşqçi hakim tərəfindən cəzalandırılmasına da münasibət bildirib:

“Mən haqlı olaraq uzaqlaşdırıldım. Hakimə pis sözlər desəm də, matçdan sonra üzr istədim.

Paulo Dibala meydanda olanda komanda fərqli oynayır. Onsuz çətindir. Çox aşağı səviyyəli oyunçularımız var. Kimsə özünü tənqid etməlidir”.

“Roma” hazırda İtaliya A Seriyasında 7-ci pillədə yer alır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button