“Onlarla oynamağı çoxdan xəyal edirdik” – Qvardiola

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Lion”a 1:3 hesabı ilə məğlub olaraq, turnirdə mübarizəni dayandıran “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispan mütəxəssis, turnirdəki uğursuzluğu belə şərh edib:

“İndi çox məyusuq, amma yenidən başlayanda yaxşılaşacağıq. Bir gün mütləq yarımfinala vəsiqə qazanacağıq. Bu futbolçularla 1/4 final mərhələsini adlaya bilmirəm, bu, üç ildir davam edir. Futbolda başqa fürsətlərimiz də olacaq. Onları dəyərləndirməliyik. Futbolçulara fasilə verməliyik. Növbəti mövsüm güclü və tələbkar olacağıq. “Bavariya” möhtəşəm komandadır. Onlarla oynamağı çoxdan xəyal edirdik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button