“Onlarla mübarizə aparmaq asan deyildi” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola, İngiltərə Liqa kubokunun finalında “Çelsi”ni məğlub edərək, qalib olduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Qvardiola, “Barselona”nı çalışdırdığı zaman qazandığı titulların bənzərsiz olduğunu deyib:
“Barselona” ilə qazandıqlarım bənzərsizdir. “Mançester Siti” yeni klub, yeni futbolçulardır. Burda nələr bacaracağımızı görəcəyik.
Çətin oyun oldu. Əsl final idi. “Çelsi” qarşılaşdığım ən güclü rəqiblərdəndir. Nqolo Kante və Jorjinyonun təzyiqləri inanılmazdır. Onlarla mübarizə aparmaq asan deyildi.
Oyundan razıyam. Klub olaraq, ilk dəfə üst-üstə 2-ci Liqa kubokunu qazandığım üçün xoşbəxtəm. Penalti vuruşlarında “performans”ımız inanılmazdır. Penaltilərdə hər şey ola bilər, xarakter göstərdik”.
120 dəqiqəsi 0:0 bitən matçda, “Mançester Siti” penalti vuruşlarından sonra “Çelsi”ni məğlub edərək, kubokun sahibi olub.
Bizi Facebook-da izləyin