Onların nə düşündüyünü də bilmirəm – Anri
“Monako”nun baş məşqçisi Tyerri Anri, Fransa kubokunda “Mets”ə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Anri Liqa 2 təmsilçisinə 1:3 hesabıyla uduzduqları matçı belə şərh edib:
“Düşdüyümüz vəziyyət çox pisdir. Nələr olduğunu bir-birimizə başa salmalıyıq. Öz üzərimə düşən hər şeyi bilirəm. Birlikdə çalışıb, mübarizə aparmalıyıq.
Futbolçuların bu vəziyyətdən xəbərləri varmı, bilmirəm. Onların nə düşündüyünü də bilmirəm. Bircə onu bilirəm ki, ciddi bir vəziyyətdəyik və bu durumdan çıxmalıyıq”.
“Monako” Fransa Liqa 1-də 21 turdan sonra 15 xalla turnir cədvəlinin 19-cu sırasında qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin