“Hər bir futbolçu orada oynamaq istəyər” – “Real”ın hədəfindəki hücumçu

“Tottenhem”in hücumçusu Riçarlison “Real”ın onunla maraqlanmasına münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İspaniya təmsilçisini dünyanın ən böyük klubu adlandırıb:

“Əlbəttə, “Real” dünyanın ən böyük klubudur. Hər bir futbolçu orada oynamaq istəyər. Lakin hazırda mənim “Tottenhem”lə 2027-ci ilin yayına qədər müqaviləm var. Onların məni niyə baha qiymətə aldıqlarını sübut etməliyəm”.

Braziliyalı forvard 2022/23 mövsümündə London klubunun heyətində 34 oyuna çıxıb, üç qol vurub və dörd məhsuldar ötürmə edib.

Riçarlison 2022-ci ildə 70 milyon avro qarşılığında “Everton”dan “Tottenhem”ə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button