“…bir az vaxt lazımdır” – “Real”ın rəsmisi
“Real”ın idarə heyətinin sədri Emiliano Butragenyo, İspaniya mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, Butragenyo, La Liqanın 25-ci turunda səfərdə “Levante”ni məğlub etdikləri oyunla bağlı fikirlərini bildirib. O, matçın hakimləri haqda da danışıb:
“Hakim qərarlarını müzakirə etməyi xoşlamıram. Ümumiyyətlə, heç vaxt onların işlərinə qarışmırıq.
Sonuncu qoldakı penalti epizodu mübahisə olundu. Futbolda yeni Video Köməkçi Hakim (VAR) sistemi də var. Bu, futbol üçün yaxşı yenilikdir. Ancaq tam formalaşması üçün bir az vaxt lazımdır”.
“Real”ın səfərdə “Levante”ni 2:1 hesabıyla məğlub etdiyi matçda, “Levante” cəbhəsi hakimin qərarlarını tənqid etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin