“Onların hər birinə çox ehtiyacım var” – Kike Setyen
“Barselona”nın baş məşqçisi Kike Setyen adı transfer siyahısında olduğu deyilən braziliyalı futbolçu Arturla bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis, bunları deyib:
“Bəzi məsələlərlə bağlı müzakirələr apardığımız doğrudur, amma bu, uzun müddət davam etmədi. Hazırkı vəziyyət hər zamankından fərqlidir və bunun transfer bazarına da təsir edəcəyinə əminəm. Hazırda komandada olan bütün futbolçularıma güvənirəm. Onların hər birinə çox ehtiyacım var. Futbolçuların transferi ilə bağlı söhbətlərə gəlincə, bu barədə danışmamağa üstünlük verirəm”.
Arturun adı “Yuventus”la yanaşı çəkilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin