
“Onların dost davranışı məni çox xoşbəxt etdi” – Adama Diakabi
“Qarabağ”ın yeni transferi Adama Diakabi “Medical Park Antalya” kompleksində tibbi müayinədən keçib.
Komanda.az xəbər verir ki, müayinədən sonra Adama Diakabi “Medical Park Antalya”nın tibb personalına təşəkkür edib:
“Bizə xüsusi diqqət ayrıdıqları üçün kompleksin həkimlərinə təşəkkür edirəm. Bütün tibb heyətinin dost davranışı məni çox xoşbəxt etdi”.
Xatırladaq ki, Diakabi bu gün Ağdam klubu ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin