“Milan”ın böhran vəziyyəti qəribədir”
“Torino” klubunun baş məşqçisi İvan Yuriç İtaliya A Seriyasının 22-ci turunun “Milan”la keçiriləcək oyunundan öncə danışıb.
Komanda.az “La Gazzetta Dello Sport”-a istinadən xəbər verir ki, o, “qırmızı-qaralar”ın böhran vəziyyətindən söz açıb:
“Milan” kimi komandalarda zədəli futbolçuların sayı çox olsa da, onlar yenə də təhlükəli olurlar. Onların böhran vəziyyəti qəribədir”.
Turin təmsilçisi hazırda İtaliya çempionatının turnir cədvəlində 30 xalla 7-ci, “Milan” isə 38 xalla 6-cı pillədə yer alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin