Məşhur futbolçu həyat yoldaşından ayrılır
“Sevilya”nın müdafiəçisi Serxio Ramos və həyat yoldaşı Pilar Rubio arasında münasibətlər pozulmağa yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Ramos və Rubioya yaxın insanlar da onların tez zamanda ayrılacaqlarını düşünürlər:
“Onların ayrılması bir neçə günün məsələsidir”.
İspaniyalı futbolçu bu yaxınlarda “Latın Grammy” mərasimində iştirak edib, lakin ora həyat yoldaşı əvəzinə bacısı Miriam ilə gedib.
Ramos Rubio ilə 2019-cu ildə evlənib və dörd övladı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin