Kapitan MY ilə yeni müqavilə bağlamasının səbəbini açıqladı
“Mançester Yunayted”in kapitanı Bruno Fernandes yeni müqavilə ilə bağlı danışıqlar zamanı klub rəhbərliyinin qarşısına qoyduğu tələbləri açıqlayıb.
Komanda.az MUTV-yə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu klubundan çempionatda qələbə vəd etmələrini tələb etmədiyini bildirib. O, müqavilənin uzadılması elan edildikdən sonra verdiyi müsahibədə karyerasını davam etdirmək üçün başqa variantları nəzərdən keçirdiyini, lakin “Mançester Yunayted”in yeni layihəsindən təsirləndiyini etiraf edib:
“Aydındır ki, mən onlardan çempionatda qələbə vəd etmələrini tələb etməmişəm. Buna heç kim zəmanət verə bilməz. Amma bizim mövsümboyu rəqabət apara bilən, kuboklar uğrunda yarışan, ən yüksək səviyyədə çıxış edən komandamız olmalıdır. Düşünürəm ki, klub rəqabət qabiliyyətini təmin etmək üçün mümkün qədər çox yaxşı oyunçu cəlb etməyə çalışır. Mən görürəm ki, lazımi səylər edilir”.
29 yaşlı yarımmüdafiəçi keçən həftə “qırmızı şeytanlar”la 2027-ci ilə qədər olan müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin