“Onlarda Essyen varsa, bizdə də Deviç var”

“Sabah”ın yarımmüdafiəçisi Rəşad Eyyubov Azərbaycan Premyer Liqanın 23-cü tur çərçivəsində “Səbail”i 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, futbolçu əvvəlcə qarılaşma ilə bağlı fikirlərini açıqlayıb:

  • Çoxdandı həm udmurduq, həm də qol vurmurduq. Bu gün 3 qol vurmağımıza şad olduq. Ən əsası isə hesabda geri düşdükdən sonra toparlana bildik, ruhdan düşmədik və öz oyunumuzu göstərdik. Bu da sonda qələbə ilə nəticələndi.
  • Öz oyununu necə dəyərləndirirsən?
  • Öz çıxışımdan çox da razı qalmadım. Xeyli səhvlərim oldu. Daha da yaxşı oynaya bilərdim. Amma arada elə olur ki, pis oynasam da, komandaya xeyirim dəyir. Bilirsiz ki, bu gün məhsuldar ötürmə etdim və komandama penalti qazandırdım. Ona görə razıyam, hər dəfə pis oynayım, amma “Sabah” qələbə qazansın.
  • Bildiyimizə görə, rəhbərlik bu oyunda qələbəyə görə mükafat vəd edib. Bununla bağlı nə deyə bilərsən?
  • Bu, normal haldır. Hər komanda qələbədən sonra mükafat alır. Rəhbərlik sağ olsun, bu qələbədən sonra bizi mükafatla sevindirdi. Buna görə onlara “sağ ol” deyirik.
  • Bu gün meydanda çox motivasiyalı görünürdüz. Oyundan sonra komandanızda böyük sevinc hiss olunurdu. Bu, məhz “Səbail”lə oyuna görə idi, yoxsa artıq komandanın özünə gəldiyini düşünmək olar?
  • Bundan əvvəlki oyunlarda ardıcıl heç-heçələr oldu. Hiss olunurdu ki, artıq öz oyunumuzu tapırıq. Bizə bir qələbə lazım idi ki, daha yuxarı yerlərə qalxaq. Ona görə də bu qalibiyyət bizim üçün çox vacib idi. Məhz bu səbəbdən çox sevinirdik.
  • Essyen kimi dünya ulduzunun meydana daxil olması komandanızda “panika”ya səbəb olmadı?
  • Əlbəttə, hamı Essyeni tanıyır, dünya ulduzudur. Amma bizdə də Marko Deviç var. O da ulduzdur. Odur ki, hər hansı “panika” olmadı. Amma hiss olunur ki, Esyen səviyyəli oyunçudur. Yaxşı məqamdır ki, bizim çempionata belə oyunçular gəlir.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button