“Onlara heç vaxt pul üçün müraciət etmədim” – “Neftçi”nin futbolçusu
“Neftçi”nin futbolçusu Azər Əliyev vaxtı ilə Rusiyanın “Tambov” klubunda pulsuz oynamasından danışıb.
Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bu barədə “Match TV”-yə açıqlama verib.
O, “Ufa”dan ayrılandan sonra klubsuz qaldığı üçün bu addımı atdığını deyib:
“Tambov”a keçəndə pula ehtiyacımın olmadığını dedim. Meydana çıxmaq, oynamaq və yayadək məşq etmək istəyirdim. Onlara heç vaxt onlara pul üçün müraciət də etmədim. Amma yenə xatırladıram, əvvəlcədən kluba sadəcə, oynamaq istədiyimi demişdim”.
2022-ci ilin yanvarında “Neftçi”yə keçən Azər Əliyev “ağ-qaralar”la 3,5 illik müqavilə imzalayıb.
Yarımmüdafiəçi 2018-2020-ci illərdə “Ufa”da, 2021-ci ilin əvvəlindən yayınadək “Tambov”da çıxış edib. Əliyev həmin ilin iyulunda Ufa təmsilçisinə qayıdıb.
Bizi Facebook-da izləyin