“Onlar əsl canavardır” – Venger
“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger Çempionlar Liqasının yarımfinal mərhələsinin “Vilyarreal”la “Liverpul” arasındakı cavab oyunundan sonra Mersisayd klubunun futbolçuları Sadio Mane və Məhəmməd Salaha heyran olduğunu bildirib.
Komanda.az “beİN Sport”-a istinadən xəbər verir ki, Venger, onları canavar adlandırıb:
“Afrika Millətlər Kubokunun finalında oynayan Salah və Maneyə baxın! Turnirdə oynadılar, qayıtdılar və əla oyun göstərdilər. Onlar əsl canavardır. Avropadakılar şikayət edərdilər ki, bu qədər oyun keçirmişik. Amma onlar heç nə demədilər. Mane “Vilyarreal”la matçda çox fəal idi”.
“Liverpul” Çempionlar Liqasında “Vilyarreal”ı ümumi hesabda (2:0, 3:2) məğlub edərək, finala yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin