2 futbolçu “Yuventus”u tərk edəcək
Müdafiəçilər Xuan Kuadrado və Aleks Sandro cari mövsümün sonunda “Yuventus”u tərk edəcək.
Komanda.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikola Skira sosial şəbəkə hesabında məlumat verib.
Futbolçuların klubla müqavilələri 2023-cü ilin iyunun sonunda başa çatır. Turin komandasının rəhbərliyi futbolçularla müqaviləni yeniləməmək qərarına gəlib.
34 yaşlı Kuadrado 2015-ci ildən “Yuventus”da çıxış edir. Kolumbiyalı bu mövsüm İtaliya yığmasında 12 oyun keçirib və bir məhsuldar ötürmə edib.
31 yaşlı Sandro isə bu mövsüm 10 oyun keçirib və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin