“Onlar “suriyalı muzdlular” deyil, “Harop”lardır” – “Qarabağ”
“Qarabağ” klubu “Facebook” səhifəsində həssas paylaşım edib.
Komanda.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində Polşada “Legiya” ilə oyundan sonra çəkilmiş əcnəbi oyunçuların fotosunun altında ingiliscə bu sözlər yazılıb:
“Onlar “suriyalı muzdlular” deyil. Amma “Bayraqdar”dır, hətta “Harop”lar da ola bilər”.
Xatırladaq ki, “Qarabağ” “Legiya”nı 3:0 hesabı ilə məğlub edərək qrup mərhələsinə vəsiqə qazanıb.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin