Qvardiola: “Uduzanda insanlar deyir ki, “niyə bayram etsinlər?”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Milad bayramını qeyd edən futbolçularla bağlı sualı cavablandırıb.

“Şəhərlilər” ciddi problemlər yaşayır: son 12 matçda 9 məğlubiyyət. Buna görə də, məşhur inanc, oyunçuların ziyafət əhval-ruhiyyəsində olmamasıdır.

Komanda.az xəbər verir ki, ispaniyalı çalışdırıcı “Everton”la matçdan öncə keçirilən mətbuat konfransında bu fikri dəstəkləmədiyini səsləndirib:

“Bu fikri dəstəkləmirəm. Ardıcıl 10 matçda qalib gəlsək, hər şey qaydasında olur. Uduzanda insanlar deyir ki, “niyə bayram etsinlər?” Niyə olmasın? Onların ailələri, uşaqları var. Onlar sağlam insanlardır və sevdikləri ilə bayramlaşmalıdılar. Mən bununla bağlı heç bir problem görmürəm”.

“Mançester Siti” Premyer Liqa matçında bu gün “Everton”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button