Enrikeyə görə – Planetin ən yaxşı cinah müdafiəçiləri onlardır

PSJ-in baş məşqçisi Luis Enrike komandasının cinah müdafiəçiləri – Nuno Mendeş və Əşrəf Hakimini xüsusi olaraq fərqləndirib.

Paris təmsilçisi dünən UEFA Çempionlar Liqasının 2-ci turunda səfərdə “Barselona”nı 2:1 hesabı ilə məğlub edib. Hər iki müdafiəçi oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı onların hər şeyi bacardığını bildirib:

“Hamıya aydındır ki, Vitinya ilə Pedri dünyanın ən yaxşı yarımmüdafiəçiləridir. Eləcə də Mendeş və Hakimi – onlar, şübhəsiz ki, planetin ən yaxşı cinah müdafiəçiləridir. Onlar hər şeyi bacarırlar”.

PSJ-nin növbəti oyunu Fransa çempionatında baş tutacaq. Paytaxt klubu oktyabrın 5-də “Lill”in qonağı olacaq. Komanda hazırda Liqa 1-in lideridir və “Lion”u top fərqinə görə qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button