Kontedən “Napoli”dən ayrılacağı deyilən Kvaratsxeliya haqda açıqlama

“Napoli”nin baş məşqçisi Antonio Konte yay transfer pəncərəsində komandanı tərk edə biləcək futbolçu Xviça Kvaratsxeliya ilə bağlı vəziyyətdən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, Xviçanın və atasının öz öhdəliklərinə əməl etməli olduqlarını bildirib:

“Ata və agent olan Kvaratsxeliyanın sözləri? Onlar öz öhdəliklərinə əməl etməlidirlər. Kvaratsxeliyanın “Napoli” ilə müqaviləsi var və komandanın əsas oyunçusudur. Klub prezidenti Xviçanın qaldığını deyəndə hər şey çox aydın idi. Aurelio De Laurentis mənə dedi ki, Kvaratsxeliya və Di Lorenzo klubu tərk etməyəcəklər”.

Gürcü futbolçunun agenti və atası olan Badri Kvaratsxeliya onun başqa komandaya keçmək istədiyini bəyan etmişdi.

Kvaratsxeliya dünən Portuqaliya millisi ilə görüşdə qol vurub və Gürcüstan yığmasının AÇ-2024-ün 1/8 finalına yüksəlməsinə kömək edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button