“Onlar oyunu əlavə vaxta aparmaq istəyirdilər” – Alleqri

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/8 finalının cavab matçında “Vilyarreal”a məğlubiyyəti (0:3, ilk oyun 1:1) şərh edib.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, Alleqri, komandasının 75 dəqiqə yaxşı oynadığını deyib:

“Komandamız 75 dəqiqə yaxşı oynadı. İkinci hissədə “Vilyarreal”ın az şansı oldu ki, ondan da istifadə etdilər. Fasilədən sonra bizim qol fürsətlərimiz azaldı. Çünki rəqib 11 nəfərlə müdafiə olunurdu. Onlar oyunu əlavə vaxta aparmaq istəyirdilər.

Biz nəticədən təəssüflənirik. Bizim həm birinci, həm də bugünkü oyunda imkanlarımız oldu. Amma mən futbolçularıma çox şey deyə bilmərəm. Onlar indiki kimi çalışmağa davam etməlidirlər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button