
“Onlar “Milan” və “Napoli”dən daha istəklidirlər” – Keçmiş futbolçu
“Yuventus”un keçmiş hücumçusu Alessandro del Pyero Turin təmsilçisinin “İnter”lə heç-heçəsini (1:1) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya millisinin sabiq futbolçusu matçın gərgin keçdiyini bildirib:
“Gərgin matç oldu. Hər iki komanda skudetto uğrunda mübarizə aparmaq üçün kifayət qədər bacarıqlı olduqlarını göstərdi. Onlar “Milan” və “Napoli”dən daha istəklidirlər”.
“Qoca sinyora” A Seriyasında 13 turdan sonra 30 xalla ikincidir. “İnter” 32 xalla turnir cədvəlinə liderlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin