“Mançester Siti”dən narazı olanlar

Bir neçə oyunçu “Mançester Siti”dəki mövqeyindən narazıdır.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, söhbət yarımmüdafiəçi Kevin De Bruyne, hücumçu Xulian Alvares və qapıçı Ederson Moraesdən gedir.

Bu üçlük yay transfer pəncərəsində komandasını dəyişməyi düşünür. De Bruyne və Ederson Səudiyyə Ərəbistanı çempionatından cəlbedici təkliflər alıb. Alvares isə start heyətində sabit futbolçu olacağı komanda axtarır. Onun xidmətində “Atletiko” maraqlıdır.

“Mançester Siti” ötən mövsüm növbəti dəfə Premyer Liqa çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button