Ronaldoya qarşı Messi-Neymar-Suares “ittifaq”ı

“Barselona”nın keçmiş futbolçusu Luis Suares vaxtı ilə PSJ-nin hücumçuları Lionel Messi və Neymarla birlikdə oynamasından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı forvard “Barselonada” olarkən Messi ilə Neymarın ona o vaxt “Real”da çıxış edən Kriştiano Ronaldonu keçib “qızıl buts”u qazanmağa kömək etdiyini deyib:

“Mənə penaltiləri vurmağa icazə verdilər, daha çox qol vurmağım üçün ötürmələr etdilər… Messi hamı üçün dünyanın ən yaxşısı idi və mənə görə, Neymar ondan sonra ikinci idi. Onlar mənə “qızıl buts”u qazanmağa kömək etdilər. Buna görə onlara həmişə minnətdar olacam. Bu, üç ulduzun eyni komandada oynaya biləcəyini sübut edir. Düşünürəm ki, bu, bizə böyük dostluq qazandırdı”.

Suares 2015/16 mövsümündə 40 qol vurub. 36 yaşlı futbolçu hazırda “Qremio”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button