“Bu günü 11 ay gözlədik”
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne İngiltərə Premyer Liqasının 37-ci turunun “Çelsi” ilə matçından sonra (1:0) açıqlama verib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, çempionluq barədə danışıb:
“Bu günü 11 ay gözlədik. Çempionluğu azarkeşlərimizlə, ailələrimizlə birgə qeyd etməliyik. Onlar hər zaman bizim qalib gələcəyimizi gözləyirlər. Lakin bu, o qədər də asan deyil. Durmadan çalışırıq”.
Ölkə çempionatının 37-ci turunda “Arsenal” “Nottingem Forest”ə uduzub və “Mançester Siti”nin çempionluğu rəsmiləşib.
Mançester təmsilçisi ardıcıl üçüncü dəfə Premyer Liqanın qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin