Dortmundda “Mourinyo” səsləri

Almaniyanın “Borussiya” (Dortmund) klubunda baş məşqçi dəyişikliyi ola bilər.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Dortmund klubu baş məşqçisi Lusyen Favrla yollarını ayıra bilər. Komandanın turnir cədvəlindəki mövqeyi ilə razılaşmayan klub rəhbərliyi, isveçrəli mütəxəssisə bir neçə oyunluq vaxt verib. Xüsusilə də, “Borussiya”nın UEFA Çempionlar Liqasında “İnter”lə və Bundesliqada “Şalke” ilə oyunları Favrın taleyini müəyyənləşdirə bilər.

Favrın istefaya göndəriləcəyi təqdirdə, baş məşqçi vəzifəsinə əsas namizədin də adı müəyyənləşib. Klub rəhbərliyi son olaraq “Mançester Yunayted”də çalışmış Joze Mourinyonu komandanın “sükanı arxasına” gətirmək niyyətindədir.

Son vaxtlar Mourinyonun adı “Tottenhem” və “Real”la yanaşı çəkilir.

Bundesliqada keçirdiyi 8 turdan sonra 15 xal toplayan “Borussiya” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button