Onlar da “Çelsi” ilə əməkdaşlığı dayandırdı
“Çelsi”nin sponsoru “Hyundai” şirkəti London klubu ilə əməkdaşlığı dayandırıb.
Komanda.az xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb. Şirkətin “zadəganlar”ın rusiyalı sahibi Roman Abramoviçə tətbiq edilən sanksiyalara və kluba qoyulan qadağalara görə “Çelsi” ilə əməkdaşlığı davam etdirə bilməyəcəyi bildirilib.
Böyük Britaniya hökuməti martın 10-da Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb, amma oyunlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilələri yeniləmək qadağan edilib. “Çelsi”nin bank hesabı da bloklanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin