Rays “Arsenal”a yox, “Çelsi”yə keçə bilər – “Niyə”sini keçmiş futbolçu açıqladı
İngiltərə millisinin sabiq müdafiəçisi Qlen Conson “Vest Hem”in yarımmüdafiəçisi Deklan Raysın “Çelsi”yə mümkün transferi haqda fikir bildirib.
Komanda.az “Evening Standard”-a istinadən xəbər verir ki, o, ingiltərəli futbolçunun “Çelsi”yə keçmək ehtimalını yüksək dəyərləndirib:
“Məncə, Raysın “Arsenal”a yox, “Çelsi”yə keçmək ehtimalı daha yüksəkdir. Xüsusilə də, Meyson Maunt “zadəganlar”ı tərk etməsə, bu ehtimal daha da yüksək dəyərləndirilə bilər. Onlar çox yaxşı dostdurlar. Bir-birlərini uzun müddətdir ki, tanıyırlar”.
Mauntun “Çelsi” ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, cari mövsümdə London klubunun heyətində bütün turnirlər daxil olmaqla 35 oyuna çıxıb, üç qol vurub və altı məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin