
Yamalla Pedrinin yeni hücumçu arzusu
“Barselona”nın liderləri Lamin Yamal və Pedri komandaya yeni forvard dəvət edilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçular komandanın Robert Levandovskidən daha mobil hücumçuya ehtiyac duyduğunu hesab edirlər.
Onlar forvardın komandaya topla oynamasına kömək etməsini və hücum hərəkətlərinə başlayanda daha da “dərinə düşməsini” istəyirlər.
Hazırda kataloniyalıların qısa siyahısında iki hücumçu var. Söhbət Aleksandr İsak (“Nyukasl”) və Duşan Vlahoviçdən (“Yuventus”) gedir. Bu gün “Barselona”nın əsas hücumçusu Robert Levandovskidir. 36 yaşlı polşalı forvard bu mövsüm La Liqada 20 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin