“Onlar azarkeşləri sevindirmək üçün çox çalışırlar” – Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo UEFA Avropa Liqasının yarımfinalının “Bayer”lə görüşü barədə (1:0) fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qarşılaşmanın çətin keçdiyini söyləyib:

“Haqqına danışmaq lazımdır: matç ərzində futbolçularımda iradə, qələbə qazanmaq istəyi və digər müsbət keyfiyyətlər gördüm. Onlar azarkeşləri sevindirmək üçün çox çalışırlar.

Çətin matç oldu. “Bayer”ə qarşı oynamaq və 90 dəqiqə ərzində diqqəti görüşə cəmləmək asan deyil. Topu itirsən, rəqib səni cəzalandıra bilər”.

“Bayer” – “Roma” cütünün cavab qarşılaşması 18 may, saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button