Yeni kluba keçən tanınmış futbolçu: “Xoşbəxtəm”

Braziliyalı hücumçu Aleşandro Pato azad agent kimi “San Paulo”ya keçib. Onunla 2023-cü ilin sonuna qədər müqavilə imzalanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xoşbəxt olduğunu və Braziliya klubunu çox bəyəndiyini dilə gətirib:

“San Paulo”da xüsusi nəsə var. Bu klubu və burada çalışanları çox bəyənirəm. Xoşbəxtəm. Onlar 2014-cü ildə qapılarını mənim üzümə açdılar. Burada etdiyim hər şeyi sevgi ilə edirəm. Azarkeşlər məni motivasiya edir, ailə münasibətləri hiss olunur”.

Patonun sonuncu iş yeri ABŞ-nin “Orlando Siti” klubu olub. O, karyerası ərzində “İnter”, “Milan”, “Çelsi”, “Vilyarreal” kimi klublarda da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button