“Ondan həmişə qeyri-adi nə isə gözləmək olar” – Elmar Baxşıyev

Misli Premyer Liqasının 13-cü turunun “Qəbələ” – “Zirə” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Komanda.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Oyunun çətin, ağır keçəcəyini öncədən bilirdik. “Zirə” yaxşı komandadır, güclü futbolçulardan təşkil olunmuş kollektivdir. Futbolçular planımızda olan hər şeyi meydanda göstərməyə çalışırdılar. İlk dəqiqədən matçın sonunadək tonusda oldular, oyundan qopmadılar. Komandanı təbrik edirəm. Bu görüşü daha gözəl etmək mümkün idi. Azarkeşsiz futbol olmur. Bu qələbəni “Red Black Army”yə həsr edirik. Bu, onların qələbəsidir. Stadionda olmasalar da, yanımızdadırlar. Onlara təşəkkürümü bildirirəm.

Ülvi İsgəndərovdan həmişə qeyri-adi nə isə gözləmək olar. O, bunu dəfələrlə göstərib. Ülvi çempionatda inandığım qeyri-adi hücumçulardan biridir ki, matçın taleyini hər an həll edə bilər. İsgəndərov üzərinə nə düşürdüsə, onu etdi və komandaya qələbə qazandırdı. Ülvi çox dəyişməlidir ki, uğura daha yaxın olsun. Onda olan bəzi komponentlər çox futbolçuda yoxdur”.

Baxşıyev heyətdəki itkilərə də toxunub: “Asif Məmmədov və Rafael Utziqin mikrozədəsi olduğu üçün meydana buraxmağa ehtiyat etdik. Hamı bizim məğlubiyyəti bir cür müzakirə edir. Heç bir sıxıntımız yoxdur, komanda olaraq möhkəmik. Həm psixoloji, həm kondisional olaraq hər şey qaydasındadır. Ötən tur uduzsaq da, futbolçulara heç bir irad bildirmədik. Sonadək vuruşdular. Avrokubok zonasından qopmamağa çalışacağıq. Komandanın xarakteri var və sonadək mübarizə aparacaq. Oyunçuları da başa düşmək lazımdır.

Boş tribuna önündə futbol oynanılmır. Məşq oyununa oxşayırdı. Futbola rəng qatan azarkeşlərdir. Onları qırıb atmaq futbolun gözəlliyini kənara qoyur. Qarşıdakı matçlarda belə hal təkrarlanmaz. Çempionatın hər oyunu ağırdır. Hər qarşılaşmaya düzgün yanaşmaq, motivasiyalı olmaq lazımdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button