“Mən dünyanın ən yaxşı beşinci oyunçusuyam”
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes ilin ən yaxşı futbolçusuna verilən “qızıl top”u qazanmaq arzusunda olub-olmaması ilə bağlı sualı cavablandırıb.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi “qızıl top”u qazanmaq arzusunda olduğunu söyləyib:
“Hamımız bunu xəyal edirik. Bu, inanılmaz bir nailiyyət olardı. Amma əfsanəvi yarımmüdafiəçilər belə, bunu edə bilmədi. Kaş ki, bu mükafatı mənim kimi müdafiəyəmeyilli yarımmüdafiəçi qazana bilsin. Bu həm mənim, həm də bu mövqedə oynamaq istəyən gənc futbolçular üçün çox şey demək olardı. Onda başa düşərdilər ki, bu mükafatı almaq üçün qol vurmaq lazım deyil. Bu, futbolda maraqlı bir presedent yarada bilər. Amma mən olanlardan da həzz alıram. Təsəvvür edin, deyə bilərəm ki, mən dünyanın ən yaxşı beşinci oyunçusuyam”.
Rodri ötən ilin ən yaxşı futbolçuları siyahısında beşinci yeri tutub. “İnter Mayami”nin hücumçusu Lionel Messi “qızıl top”u qazanıb.
Bizi Facebook-da izləyin