“Tanrının mənim üçün başqa planları var idi” – Poqba
“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba dini inancının həyatındakı rolu barədə danışıb.
Komanda.az “calciomercato.com”-a istinadən xəbər verir ki, Qvineya əsilli fransalı futbolçu karyerası ilə bağlı məsələlərdə dini önəmli hesab edir:
“Karyeramla bağlı vacib qərarlar verməzdən öncə dua edirəm. Özümlə harmoniyada olmağa mənə kömək edir”.
Fransalı yarımmüdafiəçi DÇ-2022-də zədə səbəbindən iştirak edə bilməməsi barədə belə deyib:
“Tanrının mənim üçün başqa planları var idi”.
Poqba bu yay “Mançester Yunayted”dən “Yuventus”a azad agent kimi keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin