Öncə “Qarabağ”, sonra “Linkoln”

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Linkoln” matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

Komanda.az xəbər verir ki, Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı iyulun 18-də saat 17:40-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Saat 17:55-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın mətbuat konfransı isə saat 19:00-da, açıq məşqi isə saat 19:15-də Bakı Olimpiya Stadionunda reallaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button