Öncə Terim, sonra Məmmədov

Futbol üzrə Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunundan öncə komandaların son məşqinin və mətbuat konfranslarının vaxtı dəqiqləşib.

Komanda.az xəbər verir ki, əvvəlcə “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Tədbir sentyabrın 16-da Bakı Olimpiya Stadionunda baş tutacaq və saat 18:00-da başlanacaq. Saat 18:30-da “sarı-qırmızılar”ın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi keçiriləcək.

Həmin gün BOS-da “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı, həmçinin komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:00-da, məşq isə saat 19:45-də başlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button