Öncə müqaviləni yenilədi, sonra icarəyə göndərdi – “Çelsi”
İngiltərənin “Çelsi” klubu futbolçusu Baba Rahmanla müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
25 yaşlı müdafiəçinin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Öncəki müqavilənin müddəti 2021-ci ilin yayında bitəcəkdi.
London təmsilçisi müqaviləni yenilədikdən dərhal sonra qanalı oyunçunu icarəyə verib. Baba Rahman 2019/20 mövsümünün sonunadək İspaniyanın “Malyorka” klubunun uğurları üçün çalışacaq.
Qana yığmasının da üzvü olan sol cinah müdafiəçisi “Çelsi”yə 2015-ci ildə Almaniyanın “Auqsburq” klubundan transfer olunub. Daha öncə “Asante Kotoko” və “Qroyter” klublarının da şərəfini qorumuş Baba Rahman, “Çelsi”yə gələndən sonra “Şalke” və “Reyms”ə icarəyə verilib.
Bizi Facebook-da izləyin