Daha bir tanınmış futbolçu Səudiyyə Ərəbistanına getməyi planlaşdırır

“Mançester Yunayted”in qapıçısı Andre Onana qarşıdakı transfer pəncərəsində komandanı tərk edə bilər.

Komanda.az “Sun Sport”-a istinadən xəbər verir ki, kamerunlu qolkiper bu yay Səudiyyə Ərəbistanına köçməyi planlaşdırır.

Daha əvvəl “qırmızı şeytanlar”ın 28 yaşlı qapıçını satmağa hazır olduğu bildirilirdi. O, 2023-cü ilin yayından “Mançester Yunayted”də çıxış edir.

Onana bu mövsüm bütün yarışlarda 40 oyun keçirib, 53 qol buraxıb və 9 dəfə qapısını toxunulmaz saxlayıb. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button