
“Mançester Yunayted”in qapıçısı zədələnib
“Mançester Yunayted”in qapıçısı Andre Onana mövsümöncəsi təlim-məşq toplanışı zamanı zədələnib.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, kamerunlu futbolçu vətərinin zədələnməsi nəticəsində bir aydan iki aya qədər sıradan çıxa bilər. Görünən odur ki, İngiltərə klubunun rəhbərliyi yeni qapıçı tapmaq məcburiyyətində qalacaq.
29 yaşlı qolkiper son mövsümdə 50 matçda meydana çıxıb və 65 top buraxıb.
“Qırmızı şeytanlar” son mövsümdə Avropa Liqasının finalına çıxıb və Premyer Liqanı15-ci yerdə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin