Onana Türkiyə klubuna keçməyə yaxındır

“Mançester Yunayted”in qapıçısı Andre Onana icarə əsasında “Trabzonspor”a keçməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu 29 yaşlı qolkiperin bütün maaşını ödəyəcək. Bundan əlavə, kamerunlu futbolçu əhəmiyyətli bonuslar almaq hüququna malikdir. Bunun sayəsində onun ümumi gəliri indiki ilə müqayisədə iki dəfə artacaq.

Onana 2023-cü ilin yayından “Mançester Yunayted”də çıxış edir. Ümumilikdə, o, “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 102 oyun keçirib, 150 top buraxıb. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin ortalarına qədər hesablanıb və avtomatik uzadılma imkanı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button