
Onana milli karyerasını başa vurur
“Mançester Yunayted”in qapıçısı Andre Onana Kamerun millisindəki karyerasını başa vurur.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 27 yaşlı qolkiper Afrika Millətlər Kubokunun oyunlarından sonra bu qərarı verib.
“Mançester Yunayted”də əsas qapıçı olan Onana turnirdə 4 oyundan yalnız birində iştirak etməsindən narazı qalıb. Futbolçunun Kamerun Futbol Assosiasiyasının prezidenti Samuel Eto ilə münasibəti də yaxşı deyil.
Onana 2022-ci ilin dekabrında millidən getdiyini açıqlayıb. Ancaq o, sonradan yığmaya qayıdıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin