Onana “İnter”i tərk etsə…

“Bayern”in qapıçısı Yan Sommer karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter” isveçrəli qolkiperi transfer etməkdə iddialıdır. “Neradzurra” onun üçün “Bayern”ə 6 milyon avro ödəməyə hazırdır.

Milan təmsilçisinin qapıçısı Andre Onananın “Mançester Yunayted”ə transferi baş tutsa, onlar Sommer üçün təklif göndərəcəklər.

İsveçrə millisinin üzvü 2022/23 mövsümündə “Bayern”in heyətində 25 oyunda 31 qol buraxıb və 8 dəfə qapısını toxunulmaz saxlayıb. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button