Onana “İnter”dən gedir? – Açıqlama

“İnter”in baş direktoru Cüzeppe Marotta qapıçı Andre Onananın “Çelsi”yə mümkün keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, kamerunlu qolkiperin Milan şəhərində xoşbəxt olduğunu bildirib:

“Onana 40 milyon avro qarşılığında “İnter”dən gedir? Düzü, onun bizimlə qalacağını düşünürük. Çünki Andre ilə bağlı kluba heç bir rəsmi təklif göndərilməyib. Onana Milanda xoşbəxtdir, burada qalmaq istəyir. Onu satmağı planlaşdırmırıq”.

27 yaşlı qolkiper ötən ilin yayından “İnter”də çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Cari mövsümdə o, “neradzurra”nın heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, 30 qol buraxıb, 18 dəfə qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button