
Onana final oyunundan danışdı
“Mançester Yunayted”in qapıçısı Andre Onana Avropa Liqasında “Tottenhem”ə qarşı keçiriləcək final oyunu haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qalib gələcəklərinə inandığını deyib:
“Biz bu stadionu artıq tanıyırıq, orada “Atletik”lə görüşmüşük. Bu, güclü atmosferi olan yaxşı stadiondur. Biz orada qalib gəldik. Buna görə də, ora çox ruhlanmış şəkildə qayıdırıq və ümid edirik ki, yenidən İngiltərəyə qələbə ilə qayıdacağıq”.
“Tottenhem” və “Mançester Yunayted” arasında final matçı mayın 21-də keçiriləcək. Oyun İspaniyanın Bilbao şəhərindəki “San Mames Barria” stadionunda təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin