Ona yeni müqavilə təklif ediləcək
“Çelsi” yaxın vaxtlarda yarımmüdafiəçi Meyson Mauntla müqaviləni uzatmaq niyyətindədir.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu 23 yaşlı ingilis futbolçunu komandanın vacib üzvü hesab edir və onu saxlamaq istəyir.
Maunt “Çelsi”nin yetirməsidir.
O, 2021/22 mövsümündə 53 matçda 13 qol vurub və 16 məhsuldar ötürmə verib.
Futbolçunun klubla hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin