“Ona verilən “qırmızı” ilə bağlı etiraz ediləcək heç nə yox idi” – Sulşer
İngiltərə Premyer Liqasının 33-cü turunda “Vulverhempton”a 1:2 hesabı ilə məğlub olan “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer matçdan sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis, rəqibin təzyiq yaratmasına mane ola bilmədiklərini deyib:
“Bu gün oyuna çox yaxşı başladıq. İlk 20 dəqiqədə etməyimiz lazım olan hər şeyi etdik və 2-3 qolu eyni zamanda vura bilərdik. Amma bu cür vəziyyətdə böyük işlər görə bilmədik. Eşli Yanq sarı vərəqə alanda, ikinci üçün də təhlükə vardı. Ona verilən “qırmızı” ilə bağlı etiraz ediləcək heç nə yox idi.
Meydanda 10 nəfərlə mübarizə aparmaq çətindir. Rəqibin təzyiq yaratmasına mane ola bilmədik. Yaratdıqları ilk epizodda qol vurdular. Bizim üçün hər şey çox pis oldu. Nəticəyə görə təəssüflənirik, amma 75-ci dəqiqəyə qədərki oyunumuz yaxşı idi”.
Bizi Facebook-da izləyin