“Ona mənsiz oynamağın çətin olduğunu göstərmək istədim” – Mbappe
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində səfərdə “Brügge”yə 5:0 hesabı ilə qalib gələn PSJ-nin hücumçusu Kilian Mbappe açıqlama verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, oyunda het-triklə yadda qalan futbolçu, bunları deyib:
“Oyuna start heyətində başlamaq istəyirdim və belə olacağını düşünürdüm. Amma baş məşqçimiz Tomas Tuxel fərqli seçim etdi. Mən də onun qərarlarını qəbul etməliyəm. Ona mənsiz oynamağın çətin olduğunu göstərmək istədim. Komanda yoldaşlarım mən oyuna daxil olmamışdan əvvəl də yaxşı oynayırdılar. Amma heyətdəki yerim üçün mübarizə aparmalı idim. Artıq iki aydır ki, 90 dəqiqə meydanda olmuram. Hər oyunda meydanda olmaq və qol vurmaq istəyirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin