“Bu, artıq mənə aid deyil, o, komandanı tərk etmək qərarına gəlib” – Emeri
İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Unay Emeri müdafiəçi Loran Koselninin vəziyyəti ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis, “topçular”la birlikdə yeni mövsümə hazırlıq çərçivəsində ABŞ-a getməkdən imtina edən və klubdan ayrılmaq istədiyini bildirən futbolçuyla bağlı bunları deyib:
“Hər zaman onunla hörmətlə danışırdım. Onu bizimlə birlikdə hazırlıq üçün ABŞ-a getməyə, işini davam etdirməyə və onunla klub arasında ortaq həll yolu tapılacağına inandırmağa çalışdım. Bizimlə səfərə getməkdən imtina etdikdən sonra isə bu, klubla futbolçu arasında bir məsələ oldu. Bu, artıq mənə aid deyil, o, komandanı tərk etmək qərarına gəlib.
Ona hörmət edirəm, amma mənimlə yanaşı, o da, klub da məsuliyyət daşıyır. Bu, klubla futbolçu arasında olan bir vəziyyətdir. Mən isə burda oynamaq və bizimlə məşq etmək istəyənlərlə çalışmağa davam edəcəm”.
Bizi Facebook-da izləyin